Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsinin bölgələr üzrə seçimlərindən sonra Bakı şəhəri üzrə I turuna start verilib.
Paytaxtın Ə.Bədəlbəyli adına 23 nömrəli onbirillik musiqi məktəbində təşkil olunan açılış mərasimində nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək, müsabiqə iştirakçılarına uğurlar arzulayıb. O, respublikamızda musiqi təhsilinin inkişafından, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə dövlət qayğısından danışaraq qeyd edib ki, bədii təhsil sahəsində xalq çalğı alətləri ifaçılığı xüsusi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, Azərbaycanın tar ifaçılığı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Müsabiqədə Bakı şəhəri üzrə 150-yə yaxın ifaçı iştirak edir. Buraya paytaxtda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin, incəsənət gimnaziyasının, Bülbül adına orta ixtisas musiqi məktəbinin, musiqi kolleclərinin, Azərbaycan Milli Konservatoriyasının şagird və tələbələri iştirak edirlər. Onların çıxışlarını Xalq artisti, tarzən Ramiz Quliyevin sədrliyi ilə münsiflər heyəti qiymətləndirir.
Müsabiqənin II turu 14-16 may tarixində keçiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi və yekun konsert Azərbaycan Dövlət Filarmoniyasında olacaq.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar