Mayın 13-də Heydər Əliyev Sarayında VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində SSRİ Xalq artisti, dirijor Yuri Temirkanovun rəhbərliyi ilə Sankt-Peterburq Filarmonik Orkestrinin konserti keçirildi. Konsertin solisti violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Sergey Doqadin idi. Proqramda dünya şöhrətli bəstəkarlardan P.Çaykovski və A.Dvorjakın əsərləri səsləndirildi.
Rusiyanın ilk simfonik orkestri olan Sankt-Peterburq Filarmonik Orkestri 1882-ci ildə təşkil edilib. Hazırda kollektiv dünyanın ən yaxşı 20 orkestri sırasında yer alaraq Avropa, Asiya, Amerikada qastrol səfərlərinə çıxır, nüfuzlu beynəlxalq musiqi festivallarında iştirak edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar