Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupu mayın 11-dən Fransada qastrol səfərindədir. Qrup mayın 12-də Reyms şəhərində, 13-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində çıxış edib. Daha bir konsert mayın 14-də Parisin "Oratoire du Louvre" kilsəsində keçiriləcək. Kollektiv etno-caz layihəsi ilə maraqlı konsert proqramı hazırlayıb. Qrupun üzvləri Arzu Həsənli (vokal), Mircavid Cəfərov (tar), Tural Qasımlı (piano), Vasif Hüseynzadə (piano), Coşqun Sadıqov (tütək, balaban), Kamran Kərimov (nağara), Ruslan Hüseynov (bas gitara), İsgəndər Ələsgərov (zərb alətləri) və Mircavad Cəfərovdur (ud). Konsert proqramına Q.Qarayevin, Y.A.Motsartın, H.Rzayevin, S.Kəriminin əsərləri - ümumilikdə 13 kompozisiya daxil edilib. Qastrol səfəri mayın 15-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar