Parisdə fəaliyyət göstərən “Azərbaycan evi“nin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin dəstəyi ilə Fransanın ikinci böyük şəhəri olan Lionda muğam musiqisindən ibarət konsert təşkil olunub.
Xan Şuşinski Fondunun “Milli musiqimizi qoruyaq!” layihəsi çərçivəsində hazırlanan konsertdə gənc xanəndələr Kamilə Nəbiyeva və Anar Qasımovun ifasında muğam nümunələrimiz fransız tamaşaçılarına təqdim olunub. Xanəndələri respublikanın Xalq artisti Fikrət Verdiyev tarda və Əməkdar artist Elşən Mansurov kamançada müşayiət ediblər. Musiqiçilərimizin çıxışı alqışlarla qarşılanıb.
Sonda Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva rəhbərlik etdiyi təşkilatın məqsədi və fəaliyyəti barədə məlumat verib, konsertin təşkilatçılarına və tamaşaçılara təşəkkürünü bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar