Monte-Karlo Filarmonik Orkestrinin konserti

Mayın 15-də Azərbaycan Dövlət Filarmoniyasında VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində SSRİ Xalq artisti Yuri Temirkanovun rəhbərliyi ilə Monte-Karlo Filarmonik Orkestrinin konserti keçirilib. Konsertin dirijoru Robert Trevinino, solisti isə violin ifaçısı Loran Korsia olub. Proqramda dünya şöhrətli bəstəkarlardan K.M.Veber və A.Dvorjakın əsərləri səsləndirilib.
Monte-Karlo Filarmonik Orkestri 1856-cı ildə yaradılıb. Bu orkestrə dünyanın tanınmış dirijorlarından Viktor de Sabata, Arturo Toskanini, Rixard Ştrauss və başqaları rəhbərlik ediblər. 1980-ci ildə kollektiv “Filarmonik orkestr” adını alıb. Orkestr bir çox nüfuzlu festival və konsertlərin iştirakçısıdır.
Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festival mayın 18-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar