Mayın 13-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Cəngi” estrada folklor ansamblının konserti olub.
Konsertdən əvvəl səfir Elçin Əmirbəyov qonaqları salamlayaraq Azərbaycanın zəngin musiqisi barədə məlumat verib. Musiqimizin tarixindən söz açan diplomat XX əsrdə caz-muğam janrının və etno-caz musiqisinin təşəkkül tapdığını və bu ənənənin davam etdirildiyini vurğulayıb. Bu sahədə Rafiq Babayev, Tofiq Quliyev və Vaqif Mustafazadə kimi məşhur bəstəkar və musiqiçilərin rolunu diqqətə çatdırıb.
Sonra Azərbaycanın Əməkdar artisti Mircavad Cavadovun rəhbərlik etdiyi “Cəngi” ansamblı tamaşaçılara təqdim edilib. Ansamblın ifasında Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Arif Məlikovun, Siyavuş Kəriminin, Qərb bəstəkarlarından Volfqanq Amadey Motsartın, Frederik Şopenin əsərləri, digər musiqi parçaları səslənib.
Fransız ictimaiyyətinin nümayəndələri və diplomatik korpusun təmsilçiləri Azərbaycan musiqisini yüksək dəyərləndirib və konsertdən böyük zövq aldıqlarını vurğulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar