Türkiyənin İstanbul şəhərində IX Pera Piyano Beynəlxalq Festivalı keçirilib. Festivalda üç yaş qrupu üzrə: 10 yaşadək, 11-14, 15-18 və 19-24 yaş arası gənc pianoçular yarışıblar. 11-14 yaş qrupunda ölkəmizi təmsil edən G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin V sinif şagirdi Həşim Həşimov festivalın qalibi olaraq I yerə layiq görülüb. İ.S.Bax, S.Raxmaninov, Y.Haydn, İ.Baran və T.Quliyevin əsərlərini məharətlə ifa edən yeniyetmə pianoçunun müəllimi Kamilla Əmirova da festivalın diplomu ilə təltif olunub. Festivalda münsiflərin üzvü, Əskişəhər Anadolu Universiteti Dövlət Konservatoriyasının müəllimi Fərid Adıgözəlzadə Həşimə ustad dərsi keçib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar