Mayın 19-da paytaxtın bədii özfəaliyyət kollektivlərinin Respublika Gününə həsr olunmuş festivalı başlanıb. Mayın 27-dək davam edəcək tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin işinin daha da təkmilləşdirilməsi, özfəaliyyət işinin, milli musiqi və folklor janrının inkişaf etdirilməsi məqsədi daşıyır. Festivalda idarənin şəbəkəsinə daxil olan 41 mədəniyyət müəssisəsindən 42 bədii özfəaliyyət kollektivi iştirak edir. İştirakçılar muğam üçlüyü, xalq çalğı alətləri və instrumental ansamblları nominasiyaları üzrə çıxış edəcəklər.
Beş nəfərdən ibarət münsiflər heyəti kollektivlərin çıxışlarını qiymətləndirərək qalibləri müəyyənləşdirəcək. Qaliblər bəstəkar mahnısı, xalq mahnısı, muğam və ən yaxşı ansambl nominasiyaları üzrə mükafatlandırılacaq.
Mayın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mükafatlandırma mərasimi və yekun konsert keçiriləcək.
Lalə