Tanınmış cazmen, Azərbaycanın Əməkdar artisti İsfar Sarabskinin triosu ötən ilin dekabrında “Duc des Lombards” klubunda uğurlu konsert proqramından altı ay sonra, mayın 16-da bu məşhur “Saint-Germain-des-Pres” festivalında Paris auditoriyası qarşısına çıxıb.
14-cü dəfə təşkil olunan festival Paris caz təqviminin əsas anlarından biridir. Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə gerçəkləşən konsertdə İ.Sarabskinin bəstələdiyi caz kompozisiyaları, digər nümunələr ifa olunub.
Makar Novikov (bas) və Aleksandr Meşin (nağara) ilə standart trioda çıxış edən İsfar Sarabskinin repertuarı əsasən Azərbaycanın ənənəvi musiqisi olan muğamla post-bop caz üslubunun sintezindən ibarətdir.
İ.Sarabskinin “Deja vu”su ilə başlayan konsert daha sonra cazmenin növbəti solosu - Pyotr Çaykovskinin “Qu quşu gölü” baletindən gənc qu quşlarının rəqsinə keçidlə davam edib. İ.Sarabskinin ifası auditoriyanı zəngin improvizasiyası ilə heyrətləndirən və orqanla müşayiət edilən BFG (Beks Ferris Goubert) məşhur fransız triosunun çıxışı ilə davam edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar