Mayın 24-də Kamera və Orqan Musiqisi Zalında "Zamanla üz-üzə” III beynəlxalq musiqi layihəsi çərçivəsində görkəmli rus bəstəkarı İqor Stravinskinin "Əsgərin tarixçəsi" qiraətçi və instrumental ansambl üçün musiqili nağılı nümayiş olunacaq.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor - Xalq artisti Rauf Abdullayev) solistləri, qiraətçi - Xalq artisti Məbud Məhərrəmov, violin ifaçısı Roman Mints (Rusiya) çıxış edəcəklər. "Zamanla üz-üzə” beynəlxalq musiqi layihəsinin rəhbəri professor, Əməkdar incəsənət xadimi Fərəc Qarayevdir.