Mayın 21-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Şövkət Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbinin Respublika Gününə həsr edilmiş konserti keçirildi. Konsertdən öncə məktəbin direktoru Sevda Məmmədova çıxış edərək bu tarixi günün əhəmiyyətindən, ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən söz açdı. Sonra konsert proqramı təqdim edildi.
Proqram məktəbin müəllimi Vüqar Cəlilovun rəhbərlik etdiyi şagirdlərdən ibarət xalq çalğı alətləri orkestrinin ifasında Hacı Xanməmmədovun “Heyratı” ritmik muğamı ilə başlandı. Sonra şagirdlərin ifasında Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov və dünya klassiklərinin əsərləri səsləndi.
Konsertin sonunda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva çıxış edərək müəllimləri və şagirdləri gözəl çıxışlarına görə təbrik etdi. Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri və uşaq musiqi məktəblərinin direktorları iştirak edirdilər.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar