Yarışmada ölkəmizi təmsil edən “ADA” Universitetinin tələbəsi ikinci olub

Mayın 21-də Heydər Əliyev Sarayında Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə dəstəyi ilə II beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsinin final şousu keçirilib.

“Birinci ol” şüarı altında gerçəkləşən yarışmada 21 ölkə təmsil olunub. Müsabiqədə hər ölkədən ali və orta ixtisas təhsili müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan 1 tələbə ifaçı və 1 münsif iştirak edib.
Əvvəlcə gənclər və idman naziri Azad Rəhimov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək iştirakçıları salamlayıblar. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərə hərtərəfli diqqət və qayğı göstərildiyini vurğulayan nazirlər belə layihələrin istedadlı gəncləri üzə çıxarmaq baxımından əhəmiyyətini qeyd ediblər.
Gənclər və idman naziri diqqətə çatdırıb ki, üç il əvvəl respublika miqyasında müsabiqə kimi başlanan layihə artıq beynəlxalq mahiyyət qazanıb və geniş vüsət alıb: “Bu da bizi sevindirir. Çalışırıq ki, belə maraqlı layihələr tez-tez həyata keçirilsin".
Nazir Əbülfəs Qarayev müsabiqəyə 20 ölkədən qonaqların gəlməsinin sevindirici fakt olduğunu vurğulayıb: "Mən məmnunam ki, bu gənclər həm mədəniyyəti təbliğ edəcək, həm də paytaxtımızla tanış olacaqlar. Bu gün tələbələrin arasında bu qədər istedadlı gənclərin olması çox sevindiricidir. Ümidvaram ki, layiqli iştirakçı qalib olacaq. İstərdim ki bu müsabiqə ənənəvi hal alsın".
Sonra ifaçılar səhnəyə çıxıblar. İlk olaraq Braziliya təmsilçisi çıxış edib. Sonra Serbiya, Yunanıstan, Vyetnam, Rusiya, Pakistan, Argentina, Azərbaycan, Estoniya, İordaniya, Macarıstan, Moldova, Fransa, Xorvatiya, Ukrayna, Belarus, Şri-Lanka, İndoneziya, Qırğızıstan, Albaniya və Qazaxıstan təmsilçiləri bir-birindən maraqlı musiqi nömrələri təqdim ediblər.
Müsabiqədə ölkəmizi tələbələrin III “Univision” mahnı müsabiqəsinin qalibi, “ADA” Universitetinin tələbəsi Günay Bədəlova təmsil edib.
Səsvermənin nəticələrinə əsasən, İndoneziya təmsilçisi müsabiqənin qalibi olub. Azərbaycan və Ukrayna təmsilçiləri ikinci və üçüncü yerləri bölüşüblər. Qaliblərə pul mükafatı təqdim edilib. Müsabiqənin ümumi mükafat fondu 6000 avro təşkil edir.
Sonda qalib ölkə olan İndoneziyanın təmsilçisinin ifası yenidən dinlənilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar