Cövdət Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbində nəzəri fənlərin tədris keyfiyyətinin yüksəldilməsi, şagirdlərin məntiq və intellektual biliklərinin təkmilləşdirilməsi məqsədilə məktəbdaxili olimpiada keçirilib. Olimpiadada müxtəlif siniflər üzrə 9 komanda yarışıb.
Bakı şəhəri Uşaq Musiqi və İncəsənət Məktəbləri Direktorlar Şurasının sədri Natiq Vəliyevin sədrlik etdiyi münsiflər heyətinin qərarı ilə "Kvinta" qalib olub. Qalib komandanın müəllimi Lamiyə Əsgərova və üzvləri məktəbin rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.