17-26 may tarixində İtaliyanın Milan şəhərində "İstedadlı pianoçular orkestr ilə" adlı ustad sinifləri və orkestr ilə konsertdən ibarət festival, 19-24 may tarixində isə "Gənc istedadlar orkestr ilə" adlı beynəlxalq müsabiqə keçirilib. Paytaxtın G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri, Prezident təqaüdçüləri Atabala Manafzadə (Əməkdar müəllim Kamilla Əmirovanın sinfi) və Nəriman Əmiraslanov (professor Siala Sinamdzqvarişvilinin sinfi) müsabiqədə iştirak ediblər.
Klassik nominasiyada çıxış edən Atabala Manafzadə ikinci, romantik nominasiyada çıxış edən Nəriman Əmiraslanov isə üçüncü mükafata layiq görülüb.
C.Verdi adına Milan Konservatoriyasında keçirilən mükafatlandırma mərasimində hər iki şagird orkestr ilə çıxış edib.