Heydər Əliyev Fondunun 10 illik yubileyinə və 28 May - Respublika Gününə həsr edilmiş tədbirlər çərçivəsində Azərbaycanın Moldovadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Yeddi klassik Azərbaycan muğamı” kitabı Kişineuda Moldovanın dövlət dilində nəşr edilib.
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin redaktəsi ilə nəşr edilən kitabda muğamlarımız haqqında ətraflı məlumat verilib. Ölkəmizin Moldovadakı səfiri, professor Namiq Əliyev nəşrə “Azərbaycan muğamının kökləri və fəlsəfəsi” sərlövhəli ön söz yazıb.
Kitab Respublika Günü münasibətilə təşkil olunan bayram tədbiri çərçivəsində təqdim olunub.