İyunun 3-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr edilmiş konsert olub. Konsertdən öncə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə proqramda Bakı musiqi məktəblərinin ən istedadlı şagirdlərinin ifalarının səslənəcəyini deyib. Qeyd olunub ki, uzun müddət üçün nəzərdə tutulan layihə çərçivəsində musiqi məktəblərinin şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərini, Azərbaycanın zəngin musiqi ənənələrini təbliğ edirlər. Diqqətə çatdırılıb ki, konsertdə həm də uşaqlar üçün əsərlər yazan Azərbaycan bəstəkarlarının, o cümlədən 85 illik yubileyi hazırda ölkəmizin musiqi ictimaiyyəti tərəfindən qeyd edilən Oqtay Zülfüqarovun, habelə Azər Dadaşov, Sevda İbrahimova və başqalarının əsərləri səslənəcək.
Konserti Azərbaycan televiziyası və radiosunun “Bənövşə” uşaq xoru (bədii rəhbər - Zülfiyyə İbrahimova) açıb. Konsertdə R.Behbudov adına 2 nömrəli, Niyazi adına 22 nömrəli, 34 nömrəli, L. və M.Rostropoviçlər adına 21 nömrəli musiqi məktəblərinin, Q.Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri çıxış ediblər. Sonda F.Əlizadə konsert iştirakçılarına Azərbaycan Bəstəkarlar İttifaqının fəxri fərmanlarını təqdim edib.