Heydər Əliyev Fondunun və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə bu ölkədə silsilə mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur. İlk tədbir iyunun 6-da Afinadakı “Meqaro Musikis” musiqi kompleksində keçiriləcək. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Yunanıstan paytaxtının ən böyük musiqi salonunda maraqlı konsert proqramı ilə çıxış edəcək.
Klassik musiqi axşamında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Niyazi və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piatsolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri səslənəcək. Konsertin baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.
Konsertdən əvvəl qonaqlara Heydər Əliyev Fondu tərəfindən son illərdə çap olunmuş müxtəlif nəşrlər, pop, caz, muğam və klassik musiqidən ibarət disklər təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar