Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi iyunun 11-dən 19-dək uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı keçirəcək. Muğam təhsilinin inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, eləcə də onların dəstəklənməsi məqsədilə təşkil edilən festivalda iştirak üçün 250-dək şagird sənəd verib. Festival bir turdan ibarət olmaqla 2 qrup üzrə Bakıda keçiriləcək.
Yarışma iyunun 11-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində başlayacaq. İştirakçılar muğam, xalq və bəstəkar mahnıları, zərb muğam ifa edəcəklər. Onların çıxışlarını peşəkar xanəndələrdən ibarət münsiflər heyəti qiymətləndirəcək.
Festivalın yekun konserti iyunun sonunda Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar