İyunun 9-da Moskvada məşhur pianoçu və bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəylinin və tanınmış dirijor Dmitri Yablonskinin rəhbərliyi altında “Moskva virtuozları” orkestrinin konserti olub.
Beynəlxalq Musiqi Evinin Svetlanov zalında keçirilən konsertdə həmyerlimizin təkrarsız ifası böyük hərarətlə qarşılanıb. Məşhur cazmen Vaqif Mustafazadənin orkestr ilə fortepiano üçün konserti Fərhad Bədəlbəylinin ifasında sanki yeni nəfəsdə səslənib. Konsertdə Fikrət Əmirovun “Nizami” simfoniyası da ifa olunub.
Fərhad Bədəlbəyli jurnalistlərə müsahibəsində konsertdən məmnunluğunu bildirib, “Moskva virtuozları”nın yüksək peşəkarlığa malik orkestr olduğunu vurğulayıb. O, orkestrin gələn ay Qəbələdə başlanacaq növbəti musiqi festivalına dəvət alacağını deyib. Fərhad Bədəlbəyli konsertin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkürünü bildirib.
“Moskva virtuozları”nın “Şərq-Qərb” layihəsi çərçivəsində Şərq və Qərb bəstəkarlarının əsərləri səslənir. Azərbaycan musiqisinin iki məşhur nümunəsi proqramın “Şərq” hissəsində yer alıb.
“Moskva virtuozları” məşhur dirijor və violonçel ustası Dmitri Yablonskinin rəhbərliyi ilə çıxış edib. Bir çox Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq edən maestro Qəbələdə Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biridir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar