İyunun 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Avrasiya Araşdırmaları İnstitutu” İnkişaf Fondunun Azərbaycandakı filialının təşkilati dəstəyi ilə rus klassik musiqisi ifaçılarının Rusiya Gününə (12 iyun) həsr olunmuş VI tələbə festivalı keçirilib.

Festivalda Azərbaycanın əməkdar artistləri Rəna Əliyeva və Səbinə Əsədovanın, BMA tələbələrinin respublika və beynəlxalq müsabiqələr və Qnesinlər adına Rusiya Musiqi Akademiyası tələbələrinin ümumrusiya və beynəlxalq müsabiqələr laureatlarının ifasında rus klassikləri R.Qliyer, S.Raxmaninov, S.Prokofyev, A.Sıqankov və S.Taneyevin əsərləri səslənib.
“Avrasiya Araşdırmaları İnstitutu” İnkişaf Fondunun Azərbaycandakı filialının direktoru Rauf Həsənov, direktorun müavini Vaqif Cavanşirov çıxış edərək bildiriblər ki, Azərbaycan ilə Rusiyanı həmişə möhkəm dostluq telləri bağlayıb, rus klassik musiqisi ifaçıları festivalının keçirilməsi iki ölkə arasında humanitar əməkdaşlığa töhfədir.
Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professor-müəllim heyətinə və tələbələrinə festivalın diplomları təqdim olunub. Mükafatlandırılanlar arasında gənc müğənni İbrahim Nəsrullayev də var. O, bu yaxınlarda Rusiyanın Kursk şəhərində “El birliyi ilə əldə olunmuş böyük Qələbə” beynəlxalq tarix-mədəniyyət forumunda uğurla çıxış edib.
Azərbaycan ali məktəblərinin 12 tələbəsinə təhsildə, idmanda və s. sahələrdə qazandıqları nailiyyətlərə görə “Avrasiya Araşdırmaları İnstitutu” İnkişaf Fondunun təsis etdiyi D.İ.Mendeleyev adına təqaüdlər təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar