Azərbaycanın Macarıstandakı səfirliyi və Budapeştdə fəaliyyət göstərən Koreya Respublikası Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə səfirlikdə Azərbaycan-Koreya musiqi gecəsi keçirilib.
Gecədə Norveçin Qriq Musiqi Akademiyasında təhsil alan gənc azərbaycanlı musiqiçilərdən Humay Qasımzadə və Jalə Əliyeva görkəmli bəstəkar Fikrət Əmirovun, gənc musiqiçi Türkər Qasımzadənin, eləcə də Koreya Respublikasının tanınmış bəstəkarı İsanq Yunun əsərlərini ifa ediblər.
Səfir Vilayət Quliyev bu konserti əslində dörd ölkənin - Azərbaycan, Koreya, Norveç və Macarıstanın iştirakı ilə baş tutan kiçik mədəniyyət bayramı kimi dəyərləndirib, dünyanın nüfuzlu musiqi mərkəzlərində təhsil alan azərbaycanlı gənclərin milli musiqinin təbliğinə və dünya klassikasının tanıdılmasına mühüm töhfə verdiklərini qeyd edib.
Gecədə Koreya Respublikasının Macarıstandakı səfiri Gvan-Pyo Nam, Budapeştdə akkreditə olunan diplomatik korpusun digər nümayəndələri, sənət adamları, Azərbaycan diasporunun üzvləri, Koreya Respublikası Mədəniyyət Mərkəzinin əməkdaşları, Ferens List Musiqi Akademiyasının tələbələri iştirak ediblər.
Gənc azərbaycanlı musiqiçilərin yüksək ifaçılıq məharəti böyük maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar