Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Zaqrebdə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş konsert proqramı təşkil olunub.
Xorvatiyanın keçmiş prezidenti, Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyətinin sədri Stepan Mesiç, dövlət və hökumət nümayəndələri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri konserti izləyiblər.
Bədii hissənin başlanmasından əvvəl Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb.
Konsertdə Əməkdar artist, pianoçu Nərgiz Əliyarova və opera müğənnisi Azər Rzazadə dünya və Azərbaycan bəstəkarlarının klassik əsərlərini ifa ediblər.
Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Volfqanq Amadey Motsart, Frederik Şopen, Sergey Raxmaninov və digər bəstəkarların əsərləri musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar