Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Milli Qurtuluş Günü münasibətilə konsert təşkil edilib. Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri sumqayıtlıların qonağı olub.
Şəhərin İ.Nəsimi adına mədəniyyət və istirahət parkında təşkil olunan konsertdən əvvəl Milli Qurtuluş Gününün tarixi məqamlarına nəzər salınıb. Bildirilib ki, siyasi, iqtisadi və sosial böhran, Azərbaycanın vətəndaş müharibəsi ilə üzləşdiyi bir dövrdə ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Konsertdə incəsənət ustalarının ifasında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar