Fransada azərbaycanlı pianoçu Adilə Əliyevanın adına 9-cu beynəlxalq müsabiqə keçirilib. İki ildən bir Qayar şəhərində keçirilən müsabiqə Fransa hökumətinin və müxtəlif sponsorların dəstəyi ilə təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, müsabiqəyə ABŞ, Avropa ölkələri, Braziliya, Yaponiya, Koreya Respublikası, Çin və digər ölkələrin musiqiçiləri qatılıblar. Adilə Əliyevanın rəhbərliyi ilə tanınmış musiqiçilərdən ibarət münsiflər heyəti 255 səs yazısı arasından 36 nəfəri seçərək yarımfinal və finalda iştirak etmək üçün Qayara dəvət ediblər.
Beynəlxalq müsabiqənin qalibləri bir çox tanınmış müsabiqələrin laureatlarıdır. Müsabiqənin laureat və diplomantları Fransa, Almaniya, Rusiya, Böyük Britaniya, həmçinin Azərbaycanın istedadlı pianoçuları olublar.
Yekun konsertdə Qayar şəhərinin meri, Fransa parlamentinin deputatları, Azərbaycan səfirliyinin və diasporunun nümayəndələri iştirak ediblər. Müsabiqə Fransa, İsveçrə, Rusiya mətbuatında işıqlandırılıb.
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti, istedadlı pianoçu Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək Çaykovski adına Konservatoriyanı bitirib. Hazırda Fransada yaşayır. Dünyanın ən nüfuzlu konsert salonlarında çıxış edən tanınmış pianoçunun indiyədək 30 kompakt diski buraxılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar