Serbiyanın paytaxtı Belqradda orqan musiqisi üzrə 14-cü beynəlxalq festival keçirilib. Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və ölkəmizin Serbiyadakı səfirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Rasimə Babayeva festivalda iştirak edib. Musiqiçi səfər çərçivəsində Belqrad Universiteti İncəsənət Akademiyasının tələbələrinə ustad dərsləri keçib, Müqəddəs Məryəm kafedral kilsəsində konsert verib. Konsertdə dünya bəstəkarları ilə yanaşı, Belqradda ilk dəfə olaraq görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Vasif Adıgözəlov, Nazim Əliverdibəyov, Vaqif Mustafazadə və Xəyyam Mirzəzadənin əsərləri səslənib. R.Babayevanın ifası böyük rəğbətlə qarşılanıb. Tədbir yerli mediada işıqlandırılıb.
Musiqiçi Belqradda Azərbaycan dövləti tərəfindən əsaslı təmir və bərpa olunmuş “Taşmaydan” parkında ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar