Musiqi məktəbinin şagirdləri festival-müsabiqədə uğur qazanıblar

Mayın 30-dan iyunun 13-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycandakı rus icmasının nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzinin təşkilatçılığı ilə böyük şair Mixail Lermontovun 200 illik yubileyinə həsr olunmuş rus klassik və xalq musiqisindən ibarət “Rodniki duşi” (“Qəlbin bulaqları”) festival-müsabiqəsi keçirilib.
Festival-müsabiqənin nəticələrinə görə, paytaxtdakı G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri Suada Hacızadə I yer, Gülnaz Eldarlı II yerə, Aysu Allahverdizadə və Səbinə Eldarlı III yerə layiq görülüb, Fidan Tağıyeva, Mehin Abbasova və Fəraməz Dadaşov diplomant adını qazanıblar. Bu uğurun əldə olunmasında şagirdlərin müəllimləri S.Sinamdzqvarişvili və İ.Qrinikin böyük əməyi var.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar