Qazaxıstanın paytaxtı Astanada şəhər gününün qeyd olunması çərçivəsində iyulun 4-dən 6-dək “Astana-arkau” türk musiqisi festivalı keçiriləcək. Qeyd edək ki, bu festival türk xalqlarının mədəni inteqrasiya prosesində əhəmiyyətli yer tutmaqla yanaşı, artıq populyar musiqi hadisəsinə çevrilib. Son 6 ildə festivala türk xalqlarının musiqi sənəti ənənələrini təqdim edən 450 musiqiçi və alim qatılıb. Bu il isə tədbirdə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Türkmənistan, Türkiyə, habelə Rusiya Federasiyasının Kalmıkiya, Çuvaşiya, Tatarıstan, Dağıstan, Yakutiya, Tıva, Altay, Başqırdıstan respublikalarının təmsilçiləri çıxış edəcəklər. Festival günlərində türk xalqlarının müxtəlif xalq musiqi alətləri - kamança, nağara, doyra, xuççir, qarmon, palnay, tar səsləndiriləcək. Tədbirin proqramında ilk dəfə Türkiyənin qədim musiqi aləti bağlamanın sehrli səsi də eşidiləcək. Səhnədə parlaq solistlərlə yanaşı, tanınmış musiqi və xoreoqrafiya kollektivləri də çıxış edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar