Azərbaycan Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçiriləcək “Golden Sparkles” Avropa musiqi festivalında növbəti dəfə təmsil olunacaq. İyunun 27-dən 30-dək keçiriləcək festivalda ölkəmizi 7 yaşlı Aylin Nəcəfli təmsil edəcək. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının solisti olan Aylin Nəcəfli kiçik yaşlarından səhnədə və teatrın tamaşalarında çıxış edir. 30-a yaxın ölkənin iştirak edəcəyi festivalda Azərbaycan nümayəndə heyətinə fəlsəfə elmləri doktoru Hüseyn Cavadzadə rəhbərlik edəcək.