İyun ayının 11-dən 17-dək Almaniyanın Baden-Vürttemberq əyalətində “Musiqili atəşfəşanlıq” adlı IV beynəlxalq müsabiqə keçirilib. Müsabiqədə ölkəmizi Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin X sinif şagirdi, Prezident təqaüdçüsü Atabala Manafzadə təmsil edib.
ABŞ, Rusiya və Almaniyadan olan münsiflər heyətinin qərarına əsasən Atabala Manafzadə müsabiqənin Qran-pri (“Priz Assoluto”) mükafatına layiq görülüb. A.Manafzadənin müəllimi Kamilla Əmirovanın əməyi xüsusi olaraq vurğulanıb və o, diplomla təltif edilib.
Müsabiqədə Azərbaycanı təmsil edən daha iki iştirakçı - Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Elçin Məmmədov və Mədinə Ağayeva I və II dərəcəli diplomlara layiq görülərək müsabiqənin laureatı olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar