İyunun 6-dan 15-dək ABŞ-ın Kaliforniya ştatında pianoçuların XV beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə iştirak edən Bakı Musiqi Akademiyasının məktəb-studiyasının şagirdi, Prezident təqaüdçüsü Firuzə Bəylərova mükafata layiq görülüb.
İştirakçıların çıxışlarını tanınmış italyan pianoçusu Antonio Pompa-Baldinin rəhbərlik etdiyi münsiflər heyəti qiymətləndirib. Müsabiqədə ABŞ, Yaponiya, Tayvan, Kanada, Fransa, İtaliya, Almaniya və digər ölkələrdən ifaçılar qatılıb.
Qeyd edək ki, bu, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun şagirdi, 12 yaşlı Firuzənin ilk uğuru deyil. Bir sıra beynəlxalq müsabiqələrdən vətənə qalib dönən yeniyetmə pianoçu bu dəfə də öz parlaq çıxışı ilə Azərbaycan mədəniyyətini layiqincə təmsil edə bilib. Müsabiqənin diplomuna layiq görülən Firuzə Bəylərova eyni zamanda Neapola (İtaliya) pulsuz səfər də qazanıb. Səfər zamanı pianoçu bu şəhərdə “Beynəlxalq yay akademiyası”nda dünyanın tanınmış pianoçularından ustad dərsləri alacaq. İyulun 21-də başa çatacaq təhsildən sonra Firuzə Bəylərova gənc ifaçıların qala-konsertində çıxış edəcək.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar