Özbəkistanda azərbaycanlı xanəndə Aytən Məhərrəmovanın diskinin təqdimatı keçiriləcək

Özbəkistanın paytaxtı Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə gənc azərbaycanlı xanəndə, istedadlı muğam ifaçısı Aytən Məhərrəmovanın "Ana yurdum" adlı diski hazırlanıb.
"Aypara" muğam qrupunun solisti Aytən Məhərrəmova bu ilin martında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkəndin "Türküstan" respublika sarayında Novruz bayramına həsr olunmuş Azərbaycan-Özbəkistan dostluq konserti ilə çıxış etmişdi. Konsert Özbəkistan ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdı.
Aytən Məhərrəmovanın "Ana yurdum" adlı diskində 20-dən mahnı yer alıb.
Diskdə xanəndənin özü və onun rəhbəri olduğu "Aypara" muğam üçlüyü haqqında məlumat verilir.
Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayevin, Azərbaycan və Özbəkistanın Xalq artisti Firudin Səfərovun gənc xanəndə haqqında fikirləri də diskdə əksini tapıb.
İyulun 4-də Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində diskin təqdimatı olacaq. Diskin Bakıda da təqdimat mərasiminin keçirilməsi gözlənilir.
Qeyd edək ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi indiyədək musiqimizin təbliği məqsədilə "Azərbaycan muğamları", "Azərbaycan xalq mahnıları", "Oxuyur Zeynəb Xanlarova", "Müslüm Maqomayev" disklərini hazırlayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar