Vokalçıların I Minsk beynəlxalq Milad müsabiqəsində dünyanın müxtəlif ölkələrindən 100-dən çox adam iştirak edəcək. Bu barədə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının baş direktoru Vladimir Qridyuşko məlumat verib.
Yaradıcılıq yarışı V Minsk Beynəlxalq Milad Opera Forumu zamanı ölkənin əsas musiqi səhnəsində keçiriləcək.
Münsiflər heyətində Azərbaycan, Avstriya, Almaniya, İtaliya, Rusiya, Fransa və Özbəkistan teatrlarının direktorları təmsil olunacaqlar. Bir neçə turdan ibarət olacaq müsabiqənin sonuncu turunda iştirakçılar orkestrin müşayiəti ilə Böyük Teatrın tamaşalarından səhnə təqdim etməlidirlər. Xatırladaq ki, böyük Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının repertuarına daxildir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar