İyunun 13-də Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nəzdində olan “İstedad Mərkəzi”nə üzv seçilmiş istedadlı uşaq və gənclərin Milli Qurtuluş Günü münasibətilə konserti olub.
Konsertdə gəncləri Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Paytaxtın musiqi və incəsənət məktəblərinin şagirdləri Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndiriblər. Konsertə Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov dirijorluq edib.
Sonda Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nəzdində “İstedad Mərkəzi”nin rəhbəri, Xalq artisti, professor Zəhra Quliyeva çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinə və Azərbaycan Dövlət Filarmoniyasının kollektivinə təşəkkürünü bildirib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar