İyunun 14-də Özbəkistanın qədim tarixi şəhəri olan Səmərqənddəki "Yoşlık” (“Gənclik") parkında Azərbaycanın dövlət bayramı - Milli Qurtuluş Günü və Özbəkistanda elan edilmiş "Sağlam uşaq ili”nə həsr olunmuş birgə konsert keçirilib. Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Milli Qurtuluş Gününün tarixi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və dövlətçiliyimizin xilası naminə tarixi xidmətlərindən bəhs edib. Direktor Azərbaycan-Özbəkistan dostluğunun möhkəmləndirilməsində ulu öndərin xidmətlərindən də söz açıb.
Özbəkistandakı Azərbaycan diaspora təşkilatının icraçı direktoru Firdovsi Hüseynov və təşkilatın Səmərqənd filialının rəhbəri Adilağa Mirzəyev təbrik nitqi ilə çıxış ediblər.
Sonra konsert proqramı başlayıb. "Özbək gəncləri" musiqi qrupunun solistləri Omadcan Axmedcanov, Novruzaxan Abbasova və Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs ansamblının çıxışları alqışlarla qarşılanıb.
Səmərqəndə səfər çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan diaspor təşkilatının Səmərqənd filialının fəaliyyəti ilə tanış olub. Azərbaycan mədəniyyətinin təbliği məsələləri müzakirə olunub, filiala Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycan mədəniyyətinə dair nəşrlər, habelə təşkilata kompüter dəsti hədiyyə olunub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar