Azərbaycanın mədəni dəyərlərini fransızlara yaxından tanıtmaq istiqamətində layihələr həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ölkənin qədim Syam qəsrində təşkil olunan eyniadlı festival ilk dəfə bütünlüklə milli musiqimizə həsr edilib.

Mərasimi festivalın əsas təşəbbüsçüsü və rəhbəri, Azərbaycan musiqisevərlərinə yaxşı tanış olan, “Xocalı 613” əsərinin müəllifi Pyer Tilloy açaraq ölkəmizə dəfələrlə səfərlər etdiyini xatırladıb, Azərbaycanın zəngin musiqi tarixinə və irsinə malik olduğunu bildirib. O, festivalın təşkilinə yaxından kömək göstərən Heydər Əliyev Fonduna, eləcə də fəal dəstəyə görə ölkəmizin Fransadakı səfirliyinə təşəkkür edib.
Dünyanın müxtəlif ölkələrindən 100-dən artıq bəstəkar, ifaçı və musiqiçinin iştirak etdiyi festivalda 47 əsərin ifa ediləcəyini vurğulayan P.Tilloy tədbirdə Azərbaycan musiqisinin ilk dəfə təmsil olunduğunu diqqətə çatdırıb. Fransız bəstəkarı bu hadisəni Azərbaycanın bu ilin mayından Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi ilə əlaqələndirib.
Səfirliyin müşaviri Elmar Məmmədov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə son illər Fransanın müxtəlif regionlarında ölkəmizi tanıtmaq istiqamətində keçirilən layihələr barədə danışıb.
Festivalın ilk günündə Azərbaycan və fransız musiqiçilərinin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə, Musa Mirzəyev və digər bəstəkarlarımızın əsərləri səsləndirilib.
Qreta Komur-Tilloyun və Erika Eskribanın ifasında səslənən mahnılar, Silvia Gareddunun tütəkdə, Stefan Rüriyenin skripkada ifaları, Pyer Tilloyun Azərbaycanda olarkən milli musiqimizin təsiri altında bəstələdiyi “Abraxas” əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Festival çərçivəsində Azərbaycanın Xalq artisti Murad Hüseynovun pianoda ifa etdiyi musiqi nömrələri, caz ustası Emil Əfrasiyabın çıxışı böyük marağa səbəb olub. Gənc muğam ifaçıları Arzu Əliyeva və Ehtiram Hüseynovun, onları müşayiət edən Elşən və Malik Mansurov qardaşlarının, Hüsaməddin Əzizovun çıxışları da alqışlar doğurub. Festival iyulun 11-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar