“Kainat” Gənclik Mərkəzi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ənənəvi olaraq, artıq 18 ildir uşaq muğam festivalları təşkil edir. 2009-cu ildən bu festival beynəlxalq status alıb. Bu il 6-cı dəfə keçiriləcək beynəlxalq tədbirə ölkəmizlə yanaşı, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Hindistan, İran, Tacikistan, İraq və Misirin uşaq muğam ifaçılarının qatılacağı gözlənilir. Oktyabrın 8-də keçiriləcək festivalın münsiflər heyətinə tanınmış tarzən, Xalq artisti, professor Ağasəlim Abdullayev rəhbərlik edəcək.
Artıq ölkəmizi festivalda təmsil edəcək istedadlar bəlli olub. Onlar Qax rayonundan Mövlud Muxtarzadə və Qəbələdən Rəsul Mahmudovdur.
Qeyd edək ki, bu yaxınlarda “Kainat” Gənclik Mərkəzinə Özbəkistandan gələn məktubda Daşkənddə keçiriləcək “Ana yurdun rəngləri” beynəlxalq instrumental ifaçılar festivalına azərbaycanlı gənclər də dəvət olunub. Bu da onu deməyə əsas verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı, İctimai Televiziyanın informasiya dəstəyi və “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi beynəlxalq uşaq muğam festivalı xaricdə bir örnəyə çevrilməkdədir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar