İyulun 19-da İsveçrənin Montrö şəhərində ənənəvi beynəlxalq caz festivalı başa çatıb. Bu il 48-ci dəfə gerçəkləşən və dünyanın məşhur ifaçılarını bir araya gətirən musiqi bayramında Azərbaycan da geniş şəkildə təmsil olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) artıq üçüncü ildir ki, festivalın rəsmi tərəfdaşlarındandır. Ötən saylarımızda Xalq artisti, dünya şöhrətli muğam ifaçımız Alim Qasımov, Əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupunun və digər iştirakçıların konsertləri barədə məlumat vermişdik.
Musiqiçilərimizin iyulun 17-də təşkil etdikləri “Azərbaycanın sehrli nəfəsləri” adlı ustad dərsi də festivalın yaddaqalan anlarından olub. Ustad dərsinə toplaşanlara milli musiqi alətlərimiz haqqında geniş məlumat verilib. Balabanda ifa etdiyi “Sarı gəlin”lə iştirakçılarda böyük maraq doğuran Coşqun Sadıqov bu alətin tarixindən, hansı xalqa məxsusluğundan söz açıb, musiqi parçaları səsləndirib. Daha sonra zurna və tütək alətləri haqqında da ətraflı məlumat verilib. Hər iki alətdə müxtəlif musiqilər səsləndirilib, dinləyicilərin sualları cavablandırılıb.
Günün sonunda “Rast” qrupu çıxış edib. Konsertin birinci hissəsini öz repertuarı və xalq mahnılarımızın caz variantında olan işləmələri ilə başa vuran qrup, ikinci hissəni dünya hitləri ilə davam etdirib.
Sözsüz ki, Avropalıları caz musiqisi ilə təəccübləndirmək çətindir. Bunun üçün yüksək peşəkarlıq və fərqlilik tələb olunur. “Rast” qrupunun konserti də bu peşəkarlığın nümayişi olub. Qrupun repertuarında muğamlarımızla bağlı olan kompozisiyaların ifası alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar