Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 23-dən davam edən Qəbələ VI Beynəlxalq Musiqi Festivalı sona çatmaqdadır.
Festivalın proqramına uyğun olaraq iyulun 31-də “Qafqaz Resort” hotelinin kamera musiqisi zalında tanınmış türkiyəli pianoçuların müşayiəti ilə maraqlı konsert proqramı təqdim edilib.
Tamaşaçılar tərəfindən hərarətlə qarşılanan türkiyəli pianoçular Bahar və Ufuk Dördüncü duetinin ifasında Sergey Prokofyevin, Moris Ravelin əsərləri səslənib. Türkiyənin xoşməramlı səfiri adını almış Bahar və Ufuk Dördüncü dueti Boston, London, Drezden orkestrləri ilə İsveçrə, Belçika, Braziliya, Almaniya, Çexiya və digər ölkələrdə geniş konsert proqramı ilə çıxış edib. Duetin musiqi albomları dünya üzrə milyon yarımdan artıq tirajla yayılıb.
İyulun 31-də festivalın daha bir konserti açıq səhnədə Yohannesburq Simfonik Orkestri tərəfindən təqdim olunub. Yulian Raxlinin dirijorluq etdiyi konsertin solisti Oksana Yablonskaya (piano) olub.
Qəbələ VI Beynəlxalq Musiqi Festivalına avqustun 1-də yekun vurulacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar