Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə “Əsrin müqaviləsi”nin 20 illik yubileyi münasibətilə vokal və instrumental musiqi əsərlərinin müsabiqəsi elan edilib.
ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, "20 şanlı il" mövzusunda müsabiqədə iştirak üçün yaş məhdudiyyəti qoyulmur. Qaliblər iki nominasiya - ən yaxşı vokal əsəri və ən yaxşı instrumental əsər üzrə mükafatlandırılacaq. Hər iki nominasiya üçün təyin olunan mükafatın məbləği 5000 manatdır.
Müsabiqədə iştirak üçün müəllif haqqında məlumatları əks etdirən CV , musiqi əsərinin klaviri, iki ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Müsabiqəyə əsərlər CD variantında qəbul edilir. Sənədlərin qəbulu sentyabrın 10-dək davam edəcək. Qaliblər sentyabrın 20-də elan olunacaq.
Sənədlər Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67, mənzil 19a ünvana göndərilməlidir. Əlaqə telefonları: 492 93 28; 492 39 02.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar