“Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində ölkəmizdə fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün geniş konsert proqramı ilə çıxış edib. “Barokko ariyalar axşamı” adlı konsert Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Konserti cəbhə bölgəsində şəhid olan əsgərlərimizin əziz xatirəsinə həsr etdiyini qeyd edən ifaçı, gecədə yalnız şəhidlərə aid ariyalar səsləndirib. Amerikada yaşayan həmvətənimiz, tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin müşayiəti ilə baş tutan konsert böyük maraq doğurub.
Qeyd edək ki, barokko musiqisi mövzusunda ayrıca təhsil alan Oya Ergün Avropanın bir çox şəhərində barokko operalardan baş rollarda çıxış edir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar