Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ VI Beynəlxalq Musiqi Festivalı avqustun 1-də başa çatdı. Festivalın açıq havada keçirilən sonuncu musiqi axşamında Yohannesburq Filarmonik Orkestri (Cənubi Afrika Respublikası) “Viva opera” adlı maraqlı konsert proqramını təqdim edib.
Prezident mükafatçısı, Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin idarə etdiyi konsertdə vokalçılar - Xalq artisti Əli Əsgərov, əməkdar artistlər Fəridə Məmmədova, Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Gülnaz İsmayılova, istedadlı ifaçılar Azər Rzazadə, Yusif Eyvazov çıxış ediblər.
Konsertdə Pyotr Çaykovski, Nikolay Rimski-Korsakov, Alfredo Katalani, Qaetano Donisetti, Coakkino Rossini, Cakomo Puçini, Cüzeppe Verdi, Şarl Quno və Pyetro Maskaninin operalarından ariya və romanslar, eləcə də Müslüm Maqomayevin “Azərbaycan” və digər bəstəkarların əsərləri səsləndirilib.
Festivalın yekun konserti yerli əhali və xarici ölkələrdən gəlmiş turistlər tərəfindən alqışlarla qarşılanıb.
Beləcə, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə keçirilən Qəbələ musiqi festivalının daha bir səhifəsi tarixə yazılıb. On gün davam edən builki festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər. Festival çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilib. Tədbir həm də Azərbaycan qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar