Müsabiqə Avropanın musiqi paytaxtı Vyanada keçiriləcək

“Eurovision-2015” mahnı müsabiqəsinə Avstriyanın paytaxtı Vyana ev sahibliyi edəcək. Mahnı müsabiqəsinin rəsmi saytında yer alan xəbərdə bildirilir ki, bu seçim Avstriyanın ORF İctimai Yayım Şirkəti tərəfindən həyata keçirilib.
Xatırladaq ki, mahnı müsabiqəsinin keçirilməsinə dair Avstriyanın Qrats, İnsbruk və Vyana şəhərləri iddialı olub.
Şirkətin baş direktoru Aleksandr Vrabets bildirib ki, Avropanın musiqi və incəsənət mərkəzi olan Vyanada “Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni edəcəklər.
“Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19-u və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar