Opera və Balet Teatrının solisti Vüsalə Musayeva ustad dərsi keçəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xanəndə Vüsalə Musayeva Filippinin opera ifaçısı Lea Salonqaya ustad dərsi keçəcək. Xanəndə filippinli ifaçıya Azərbaycan mahnısını öyrədəcək.
Vüsalə Musayeva bildirib ki, 2012-ci ildə “San Francisco World Music Festival”ında tərəf-müqabili İlkin Əhmədovla “Leyli və Məcnun” tamaşasında çıxış edib. Bir müddət əvvəl isə həmin festivalın təşkilatçıları ona ustad dərsi keçməyi təklif ediblər: “Filippinli sənətçiyə Fikrət Əmirovun “Göygöl” mahnısını öyrədəcəyəm. L.Salonqa bu mahnını noyabrda keçiriləcək festivalda ifa edəcək. Dərslər sentyabrdan başlayacaq və skayp vasitəsilə aparılacaq. Artıq mahnının notlarını və sözlərini ona göndərmişəm”.
Xanəndə onu da bildirib ki, “San Francisco World Music Festival”ın çəkiliş qrupu gələn ay Bakıya gələcək və onunla bağlı proqram hazırlayacaq. Bundan sonra L.Salonqanın azərbaycanlı müəllimi haqqında xarici KİV-də məlumatlar yayımlanacaq. Qeyd edək ki, L.Salonqa “Mulan” cizgi filmində mahnıları səsləndirən əsas ifaçıdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar