Sentyabrın 6-da Bakıda Yaşıl Teatrda Ukraynanın məşhur “Okean Elzı” qrupu geniş konsert proqramı ilə çıxış edəcək.
“Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Dilarə Kazımova qrupun xüsusi qonağı olacaq. Qeyd edək ki, D.Kazımovayla “Okean Elzı” qrupunun lideri Svyatoslav Vakarçuku populyar “Qolos” beynəlxalq formatlı şousu birləşdirir. 2014-cü ildə azərbaycanlı ifaçı Ukraynanın “1+1” telekanalında yayımlanan “Qolos krayni” layihəsinin iştirakçısı olub. İlkin seçim turunu uğurla keçən müğənni S.Vakarçukun komandasına qatılıb. Dilarə canlı efirdə “Okean Elzı” qrupunun “Bez boyu” mahnısını və Azərbaycan xalq mahnısı “Sarı gəlin”dən bir parçanı ifa edib.
2014-cü ildə “Okean Elzı” qrupunun 20 illiyinə həsr olunmuş konsertlərini canlı izləyən tamaşaçıların sayı yarım milyondan çox olub. Dəfələrlə tamaşaçılar və tənqidçilər tərəfindən MDB və Şərqi Avropanın “ən yaxşı rok-qrupu” və “live-qrupu” kimi tanınan kollektivin Bakı konserti də böyük maraqla gözlənilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar