Dünya şöhrətli Azərbaycan əsilli müğənni, BMT-nin sülh elçisi Sami Yusuf sentyabrın 16-da Londonda “Cadogan Hall”da pərəstişkarları ilə görüşəcək. BMT-nin Dünya Ərzaq Proqramının dəstəyi ilə Fələstinin Qəzza bölgəsinə yardım məqsədilə təşkil olunan xeyriyyə konsertində məşhur ifaçı yaxın günlərdə işıq üzü görəcək “The Centre” adlı yeni albomundan mahnıları təqdim edəcək.
Albomda Sami Yusuf Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i həm azərbaycanca, həm də ingiliscə səsləndirib. Albomdakı mahnıların ifası zamanı Azərbaycan milli musiqi aləti olan tardan da istifadə olunub.
Xatırladaq ki, Sami Yusuf indiyədək “Ayrılıq”, “Küçələrə su səpmişəm”, “Sənə də qalmaz” kimi Azərbaycan mahnılarını səsləndirib, sayca dördüncü olan “Salam” albomuna “Küçələrə su səpmişəm” mahnısını daxil edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar