“Qarabağ” muğam ansamblı İtaliyanın simfonik orkestri ilə bir səhnədə

Sentyabrın 12-də İtaliyanın Verona şəhərindəki simfonik musiqi konsertləri və opera tamaşaları ilə dünyada məşhur olan “Arena Di Verona” amfiteatrında Azərbaycan musiqisi konserti keçiriləcək.
Konsertdə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə İtaliyanın tanınmış simfonik orkestri “Orchestra Italiana del Cinema” və “Qarabağ” muğam ansamblı, məşhur ifaçılarımız Mənsum İbrahimov, Aygün Bayramova və Azər Rzazadə çıxış edəcəklər.
“İpək yolundan musiqi yolu ilə” adlı konsert proqramında Azərbaycan və italyan klassik və milli musiqiləri səslənəcək. Konsert Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və İtaliyadakı səfirliyimizin dəstəyi ilə təşkil olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar