Müsabiqənin qalibi ölkəmizi “Türkvizyon-2014”də təmsil edəcək

“Azərbaycanın səsi” mahnı müsabiqəsinin qalibi ölkəmizi türkdilli ölkələrin II beynəlxalq “Türkvizyon-2014” televiziya mahnı müsabiqəsində təmsil edəcək. Müsabiqə noyabr ayında Tatarıstanın (Rusiya Federasiyası) Kazan şəhərində keçiriləcək. Xatırladaq ki, TÜRKSOY-un qərarına əsasən, Kazan şəhəri 2014-cü ildə “Türk dünyası mədəniyyət paytaxtı” elan edilib.
“Azərbaycanın səsi” mahnı müsabiqəsi bu ilin mayından ATV kanalında yayımlanır. Yarışmanın məqsədi istedadlı gəncləri üzə çıxarmaq və onlara dəstək olmaqdır. Seçim müsabiqəsinin 18 sentyabr - Milli Musiqi Gününədək yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Türkvizyon-2014” mahnı müsabiqəsinə 20-dək ölkədən iştirakçıların qatılacağı gözlənilir. Türk xalqlarının mədəniyyətini özündə cəmləşdirən mahnı müsabiqəsi ilk dəfə 2013-cü ildə Əskişəhərdə keçirilib və qalibi də Azərbaycan təmsilçisi Fərid Həsənov olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar