Paytaxtımızda ilk dəfə RedBullThre3Style dünya finalı keçirilir

Sentyabrın 1-də Bakıda dünya DJ çempionatına start verilib. Azərbaycanda ilk dəfə təşkil olunan RedBullThre3Style dünya finalı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Sentyabrın 6-dək Bakı şəhərinin konsert və əyləncə meydançalarında dünyanın müxtəlif ölkələrindən olan 20 iştirakçı RedBullThre3Style versiyasına görə planetin ən yaxşı disk jokeyi adını qazanmaq üçün mübarizə aparacaq.
Tədbirin rəsmi saytında yer alan məlumata görə, iştirakçılardan hər biri ən azı 3 müxtəlif üslubun qarışığından (miks) ibarət 15 dəqiqəlik set təqdim edəcək.
2012-ci ildən etibarən, Bakıda artıq üç dəfə milli final keçirilib və bu finalların üçünün də qalibi DJ Twist olub. O, artıq iki dəfə dünya finallarında iştirak edib. Bakıda keçirilən dünya finalında da Azərbaycanı DJ Twist təmsil edir.
Müsabiqə proqramından başqa, Bakıda həmçinin DJ QBert (ABŞ), D Styles (ABŞ), həmçinin keçmiş illərin RedBullThre3Style-ın qalibləri Headspin, Four Color Zack, Karve, Shintaronun da çıxışları gözlənilir.
Çempionatın ilk günü, sentyabrın 2-də Bakı Caz Mərkəzində 5 ölkədən olan milli çempionlar mübarizə aparıblar. Sentyabrın 3-də “The Public” əyləncə mərkəzində keçiriləcək müsabiqə gecəsində də 5 ölkədən milli çempionlar yarışacaq. Sentyabrın 4-də yarışma Bakı Biznes Mərkəzində davam edəcək. Burada Z-Trip, Four Color Zack və DJ Byte xüsusi qonaq qismində tamaşaçılar qarşısında çıxış edəcək. Sentyabrın 5-də “Ramada Hotel”də növbəti müsabiqə gecəsi keçiriləcək.
Çempionatın son tədbiri - RedBullThre3Style dünya finalı gecəsi sentyabrın 6-da “Baku Crystal Hall”da gerçəkləşəcək. Ötən dörd gecənin qalibləri və bir xüsusi karta malik iştirakçı RedBullThre3Style dünya çempionatının qalibi olmaq uğrunda yarışacaq.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar