Beyləqanda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə araya-ərsəyə gələn "Mücirəddin Beyləqani dünyası" toplusunun təqdimatı olub.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi bildirib ki, ölkəmizdə elan edilən “Multikulturalizm ili” çərçivəsində mədəniyyətlərarası əlaqələrdə xidmətləri olmuş görkəmli sənətkarların həyat və yaradıcılığının daha dərindən öyrənilməsinə və təbliğ edilməsinə xüsusi ehtiyac duyulur. "Mücirəddin Beyləqani dünyası" toplusu bu baxımdan çox gərəkli kitabdır.
AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, tənqidçi Əsəd Cahangir, AYB-nin Beyləqan bölməsinin sədri Asəf Cəfərli, şair və yazıçılardan Valeh Bahaduroğlu, Səməd İsmayılov, İnqilab İsaq və başqaları klassik ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Mücirəddin Beyləqaninin həyatından, hələ sağlığında əsərlərinin Hindistan, Suriya və s. ölkələrdə yayılmasından bəhs ediblər.
Toplunun tərtib edəni Gülayə Rzayeva, redaktoru Sərvaz Hüseynoğludur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar