Sentyabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı - Niyazinin mənzil-muzeyində “Klassik musiqisevərlər klubu”nun təşkilatçılığı ilə gənc ifaçıların konserti oldu.
18 sentyabr - Milli Musiqi Günü münasibətilə silsilə tədbirlərin birincisi olan tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova açaraq bu əlamətdar günün tarixindən danışdı. Bildirdi ki, Azərbaycanın peşəkar musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu günün musiqi bayramı kimi qeyd olunmasının əsası maestro Niyazi tərəfindən qoyulub. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən həmin gün dövlət səviyyəsində Milli Musiqi Günü kimi qeyd olunmağa başlandı.
Şöbə müdirinin çıxışından sonra söz musiqiyə verildi. Konsert Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası ilə açıldı. Gənc ifaçılardan Dilarə Əliyeva (vokal), Aydan Quliyeva (vokal), Rauf Babayev(vokal), Qətibə Mehdiyeva (vokal), Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka) və Seyidxanım Babayevanın (fortepiano) ifalarında Azərbaycan və klassik Avropa bəstəkarlarının əsərləri səsləndirildi.
Tədbirdə Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Bakı şəhər muzeylərinin əməkdaşları, “Klassik musiqisevərlər klubu”nun üzvləri iştirak edirdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar